Boks-MMA

Alim Nəbiyev erməniyə qarşı

İyunun 2-də peşəkar kikboksçular arasında “Glory” liqası çərçivəsində növbəti döyüşlər keçiriləcək. 

Dsport.az xəbər verir ki, Böyük Britaniyanın Birminhem şəhərində baş tutacaq “Glory54” turnirində Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edəcək. 

“Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxacaq. Alim Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gələcək. Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşüdür.

Xatırladaq ki, Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.