Boks-MMA

Yığmamız Gürcüstanla birgə təlim-məşq toplanışında

Bu gün yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışına start veriləcək. Dsport.az xəbər verir ki, mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edəcək.

Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirəcək. Hazırlıq prosesinə yığmamızla yanaşı, qonşu Gürcüstan millisinin üzvləri də qatılacaq. 2 yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.