Boks-MMA

Abbasovdan 20-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

Dsport.az xəbər verir ki, təmsilçimiz Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Fight Night Global 86” çərçivəsində keçirdiyi döyüşdən qalib kimi ayrılıb. Yüngül çəki dərəcəsində çıxış edən Abbasov Qazaxıstan təmsilçisi Adil Boranbayevlə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançımız peşəkar karyerasında 20-ci qələbəsini qazanıb.

Xatırladaq ki, Boranbayevlə döyüş Nərimanın 24-cü sınağı olub.