Boks-MMA

“Qəbələ” təmsilçisinin Rotterdam sınağı

“Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev sabah növbəti döyüşünü keçirəcək. 

Dsport.az xəbər verir ki, kikbokçumuz nüfuzlu “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq. Alim Hollandiyanın Rotterdam şəhərində baş tutacaq “Glory51” çərçivəsində döyüşəcək. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımızın rəqibi kamerunlu Sedrik Doumbe olacaq.

Bu döyüş 24 yaşlı Nəbiyevin ümumilikdə 55-ci, “Glory”də 3-cü qarşılaşması olacaq. Alim bu liqada keçirdiyi hər iki döyüşdən qalib ayrılıb. Təmsilçimiz 54 döyüşdən 21-də nokautla qalib gəlib. Hesabında 68 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət olan Doumbe isə 39 dəfə nokautla udub.