Boks-MMA

Azərbaycan birinciliyinə start verildi

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 375 idmançısı qatılıb.

Dsport.az xəbər verir ki, 2002-2003-cü il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.

Final qarşılaşmaları isə martın 3-də olacaq.