Boks-MMA

Yeniyetmə boksçuların mübarizəsi başlayır

Bu gün yeniyetmələrin açıq Bakı birinciliyi start götürəcək. 

Dsport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq.

Birinciliyə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq. 2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.

Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq.