Boks-MMA

“Qəbələ”nin üzvündən yeni müqavilə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb. Dsport.az xəbər verir ki, idmançımız “Fight Night”lə anlaşma imzalayıb. 

Müqaviləyə əsasən yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.

Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.