Boks-MMA

Məhəmməd Əli əfsanəvi matçın 40-cı il dönümünü belə qeyd etdi

Məhəmməd Əli ilə Corc Forman arasında 1974-cü ildə Kinşasada keçirilən və "Rumble in the Jungle" adı verilən əfsanəvi döyüşdən 40 il keçir

Məhəmməd Əli ilə Corc Forman arasında 1974-cü ildə Kinşasada keçirilən və "Rumble in the Jungle" adı verilən əfsanəvi döyüşdən 40 il keçir. 

Boks əfsanəsi Məhəmməd Əli döyüşün 40-cı il dönümünü doğma vətəni olan Luisvildə qeyd edib. O, "Luisvil" və "Florida Steyt" (31-42) arasında oynanılan amerikan futbolu matçını izləyib.

Sözügedən döyüşdə favorit Corc Forman hesab olunsa da 8-ci raundda Məhəmməd Əli rəqibini məğlub etməyi bacarmışdı. Görüş Don Kinq tərəfindən təşkil olunmuşdu.