Boks-MMA

Zamiq Atakişiyevdən ilk heç-heçə

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. 

Dsport.az xəbər verir ki, 31 yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Extra Round5” turnirində iştirak edib. Superağır çəki dərəcəsində rinqə çıxan Atakişiyev Ukrayna təmsilçisi German Skobenko ilə üz-üzə gəlib. 6 raund davam edən döyüşdə qalib müəyyənləşməyib.

Bu, Zamiqin peşəkar rinqdə ilk heç-heçəsidi. Yekaterinburqdakı döyüşə qədər 4 qarşılaşmaya çıxan boksçumuz bütün rəqiblərinə qalib gəlmişdi.