Boks-MMA

Azərbaycan MMA üzrə AÇ-də 4 qızıl medal qazandı

Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb

Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb. 20 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

84 kq-da Taleh Nəcəfzadə finalda məğlub olmaqla gümüş medala layiq görülüb. 93 kq-dan yuxarı çəkidə yarışan Zaur Hacıbabayev isə bütün görüşlərini qələbəylə başa vuraraq Avropa çempionu tituluna sahib çıxıb. Hacıbabayev bir neçə ay əvvəl MMA üzrə dünya çempionu olub.

Komanda hesabında Rusiya yığması birinci olub. Azərbaycan və Ukrayna müvafiq olaraq ikinci və üçünçü yeri tutub.

Turnirin fəxri qonağı MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko bağlanış mərasimində çıxış edərək təşkilatçılara təşəkkür edib: "MMA Azərbaycanda sevilir. İdmanın bu növü ölkədə inkişafdadır. Bu amil bizi çox sevindirir. Avropa çempionatının təşkilatçılarına təşəkkür edirəm. Bu MMA üzə Azərbaycanda ən böyük yarış oldu. Fikrimcə gələcəkdə belə turnirlər Bakıda çox olacaq. Gənclər və İdman nazirliyinə təşkilatçılara göstərdiyi dəstəyə görə çox sağ ol deyirəm".