Boks-MMA

Kliçkoya "ürəyi qız kimidi" dedi, xəstəxanalıq oldu

Ağır çəkidə boks üzrə dünya çempionu adı uğrunda matçda Vladimir Kliçko ilə Kubrat Pulev qarşılaşıb

Ağır çəkidə boks üzrə dünya çempionu adı uğrunda matçda Vladimir Kliçko ilə Kubrat Pulev qarşılaşıb. Ukraynalı boksçu bolqar Pulevi 5-ci raundda nakautla məğlub edib. 

"Kobra" ləqəbli 33 yaşındakı Pulev qarşılaşmadan öncə Kliçkonu təhrik edəcək açıqlamalar verib: "Çox qabiliyyətlidi, amma ürəyi qız kimidi", - deyə Pulev söyləyib. 

Ancaq Kliçko bolqar rəqibini bu sözləri söylədiyinə peşman edib. Rəqibinə qarşı böyük üstünlük quran və onu 2 dəfə yerə sərən ukraynalı 5-ci raunda istəyinə nail olub. 

Rəqibinin yumruqları qarşısında çarəsiz qalan Pulev isə döyüşdən dərhal sonra təcili yardımla xəstəxanaya aparılıb. 

Pulev bu məğlubiyyətə baxmayaraq döyüşə görə 1,1 milyon avro pul alacaq.