Boks-MMA

Dünyanın ən güclü boksçusu mərcdən milyonlar qazanır

Dünyanın ən güclü boksçusu hesab dilən Floyd Meyvezer sən demə mərc oyunlarında da bir o qədər iddialı imiş

Dünyanın ən güclü boksçusu hesab dilən Floyd Meyvezer sən demə mərc oyunlarında da bir o qədər iddialı imiş. 

O, şəxsi "İnstagram" hesabında uduşlu kuponlarının fotolarını paylaşıb. Meyvezer əsasən ABŞ-ın milli amerikan futbol liqası olan NFL-ə mərc edir.

Floyd ilk olaraq "Denver Bronkos"un "Nyu-York Jets"i minimum 8 xalla udacağına 815 000 ABŞ dolları miqdarında mərc edib və onun qazancı 1 441 928 (bir milyon dörd yüz qırx bir min doqquz yüz iyirmi səkkiz) dollar olub.

Məşhur boksçu "Kolts" - "Yaquars" matçında isə birincilərin minimum 7 xalla qalib gələcəyinə 720 000 ABŞ dolları məbləğində mərc edib. Onun bu mərcdən qazancı isə 1 405 714 (bir milyon dörd yüz beş min yeddi yüz on dörd) dollar olub.

Dünya bir nömrəsinin sentyabrın 21-dən bəri təkcə NFL matçlarında ümumilikdə 2 milyon dollardan artıq pul qazandığı iddia edilir.