Boks-MMA

Zaur Hacıbabayevdən parlaq qələbə

Rusiyada MMA üzrə M-1 Challenge 86 qarışıq təkbətək döyüş növləri üzrə növbəti mötəbər yarış keçirilib. 

Dsport.az xəbər verir ki, Nazran şəhərində baş tutan turnirdə Azərbaycanı Avropa, Asiya çempionu, ikiqat dünya çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. İdmançımız Rusiya təmsilçisi Nikolay Savilovla qarşılaşıb və inamlı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın ən titullu MMA döyüşçüsü zədə səbəbindən uzun müddət idmandan kənarda qalıb. Rusiyadakı yarış idmançının il yarımdan sonra mübarizə apardığı ilk turnir olub.