Boks-MMA

Alim Nəbiyev fransız rəqibinə Fransada qalib gəldi

“Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib. 

Dsport.az xəbər verir ki, 23 yaşlı idmançımız kikboksinq üzrə nüfuzlu “Glory” seriyalı yarışlarda debüt edib. O, Fransanın Lion şəhərində təşkil olunan “Glory 47”də qüvvəsini sınayıb. Nəbiyev Fransa təmsilçisi Cimmi Vienotla qarşılaşıb. Yarımorta çəki dərəcəsində keçirilən döyüş 5 raunddan ibarət olub. Gərgin keçən qarşılaşmanın qalibi hakimlərin rəyi ilə müəyyənləşib. Alim bu döyüşdə 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27) hesablı qələbə qazanıb.