Boks-MMA

62 yaşlı Hollivud ulduzu rəqibini nokauta saldı

Məşhur Hollivud ulduzu, təqaüdə çıxmış peşəkar boksçu Miki Rurk 20 illik fasilədən sonra, Moskvada 29 yaşlı amerikalı boksçu Eliyot Seymurla üz-üzə gəlib

Məşhur Hollivud ulduzu, təqaüdə çıxmış peşəkar boksçu Miki Rurk 20 illik fasilədən sonra, Moskvada 29 yaşlı amerikalı boksçu Eliyot Seymurla üz-üzə gəlib. Peşəkar rinqdə doqquzuncu döyüşünü keçirən Rurk heç birində məğlub olmayıb.

"Rossiya" konsert zalında təşkil qarşılaşmanın ikinci raundunda 62 yaşlı Rurk cavan boksçunu nokauta salıb. 

Mikkini bu döyüşə məşhur boks mütəxəssisi Freddi Rouça hazırlayıb. Hansı ki, o, bir müddət Mayk Tayson və Oskar Xayyu ilə də çalışıb.