Bizim futbol

“Zirə” rumınlara qarşı - YENİLƏNİR

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Dsport.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşacaq.

"Zirə" əslində yanvarın 15-də ilk oyununu keçirməli idi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) qarşılaşmanın ləğvinə səbəb olmuşdu.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) ilə yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
18 yanvar

17:00. Zirə - Voluntari