Bizim futbol

“Keşlə”nin sınaq matçının başlama saatı dəyişdirildi

“Keşlə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah ilk yoxlama oyununa çıxacaq.

Dsport.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı komandası Özbəkistanın U-23 milli komandası ilə qarşılaşacaq.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu oyunun başlanma saatı dəyişdiirlib. Belə ki, qarşılaşma əvvəl açıqlandığı kimi yerli vaxtla saat 17:00-da yox, 18:30-da (Bakı vaxtilə saat 19:30-da) start götürəcək.

Qarşılaşma "Arkadia" otelinin meydançasında baş tutacaq.