Bizim futbol

“Sumqayıt”dan bol qollu heç-heçə

Birinci Divizionun lideri olan “Sumqayıt”ın əvəzediciləri 2-ci dövrəyə hazırlıq məqsədi ilə ilk yoxlama oyununu keçirib.

Dsport.az xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri “Sumqayıt Arena"nın köməkçi meydançasında Region Liqası təmsilçisi "Uğur"la qarşılaşıb. Küləkli havaya rəğmən maraqlı idman şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Sumqayıt”ın hər iki qoluna Məhəmməd Alıyev imza atıb.