Bizim futbol

“Keşlə” ilk sınaq matçına hazırdı - VİDEO

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Keşlə” bu günü bir məşqlə yekunlaşdırıb.

Dsport.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv sabah toplanış çərçivəsində ilk sınaq matçına çıxacaq.

Paytaxt təmsilçisi Özbəkistanın U-23 komandası ilə qarşılaşacaq. “Arkadia” otelinin meydançasında baş tutacaq matça yerli vaxtla saat 17:00-da start veriləcək.