Bizim futbol

“Sumqayıt” günü bir məşqlə başa vurdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu günü bir məşqlə yekunlaşdırıb.

Dsport.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv iki qrup halında məşq edib. Belə ki, "Jetisu" ilə yoxlama oyununda ilk 11-likdə meydanda olanlar yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənibsə, meydana sonradan daxil olanlar müxtəlif toplu çalışmalar edərək 1 saatlıq hazırlığı yekunlaşdırıb. 

Qeyd edək ki, "Sumqayıt" sabah daha 2 məşqə çıxacaq.