Bizim futbol

Con Delarj “Qarabağ”ın düşərgəsini tərk etdi

"Qarabağ"ın futbolçusu Con Delarj komandanın əsas heyətindən uzaqlaşdırılıb.

Dsport.az xəbər verir ki, konqolu yarımmüdafiəçi baş məşqçi Qurban Qurbanovun verdiyi qərara əsasən məşqlərini əvəzedici heyətdə davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Delarj bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.