Bizim futbol

Adil Şükürov rəsmən “Şüvəlan”da

“Şüvəlan”ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, qəsəbə təmsilçisini bundan sonra Adil Şükürov çalışdıracaq. Mütəxəssislə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Şükürov bundan əvvəl “Zirə” Futbol Akademiyasının rəhbəri olub. O, həmçinin “qartallar”ın baş məşqçisi vəzifəsində çalışıb və bu komandaya 2015/16 mövsümündə Topaz Premyer Liqasının gümüş medallarını qazandırıb.

Bundan başqa, sözügedən mütəxəssis 17 yaşlılardan Azərbaycan millisinin və “Bakı”nın müxtəlif yaş qrupları üzrə komandalarını çalışdırıb.