Bizim futbol

“Sumqayıt” yeni transferini rəsmən açıqladı

2018/19 mövsümünün üçüncü dövrəsinə hazırlığını davam etdirən “Sumqayıt” növbəti transferini həyata keçirib. 

Dsport.az xəbər verir ki, sözügedən klub “Maşınsazi” (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə müqavilə imzalayıb. 

1.5 illik icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyacaq olan Babaei 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Traktorsazi” klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Göstəriş Fulad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.