Bizim futbol

Daha beş komanda 1/16 finalda

Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/32 final mərhələsi çərçivəsində daha 5 oyun keçirilib.

Dsport.az xəbər verir ki, günə “Baku Fire” derbisi ilə start verilib. Birinci Liqanın iddialı komandası böyükhesablı qələbəyə sevinib. Amma “ikincilər”in asan təslim olduğunu demək də düzgün olmazdı. 

İkinci oyun daha maraqlı alınıb. “Baku Fans” erkən qol vursa da, “Dalğa”nın cavabı gecikməyib. Cəmşid Məhərrəmov fasiləyə qədər ardıcıl iki qol vurmaqla komandasına üstünlük qazandırıb. İkinci hissədə qapılara qol vurulmadığından İkinci Liqa təmsilçisi növbəti mərhələyə yüksəlib. 

Yeni adı ilə ilk oyununa çıxan “Mübariz” FK-nın işi də çətin olmayıb. “Təbriz” də “Abşeron”dan üstün olmağı bacarıb. 

Günün son oyununda qələbəni və vəsiqəni “Hövsan” qazanıb. 

Beləliklə “Baku Fire”, “Dalğa”, “Mübariz”, “Təbriz” və “Hövsan” 1/16 finaldakı rəqiblərini gözləyirlər.

Azərbaycan kuboku
1/32 final
12 yanvar

Baku Fire - Baku Fire-2 7:1
Qollar: E. Qasımov (ö.q), 02:58, R. Abdullayev, 14:10, T. Məcidov, 21:09, 24:47, R. Səfiyarov, 21:59, E. Zərbəliyev, 23:42, S. Vəliyev, 26:57 // T. Kərimov, 23:46.
Hakimlər: Rahin Heybətov, Vaqif Musayev, Azad Hüseynov.
Olimpik Star. Saat 18:00.

Baku Fans – Dalğa 1:2
Qollar: İ. Heydərov, 0:44 - C. Məhərrəmov, 03:05, 04:13.
Hakimlər: Ramil Namazov, Azad Hüseynov, Rahin Heybətov.
Olimpik Star. Saat 19:00.

Sovetski – Mübariz 0:15
Qollar: E. Tağıyev, 07:34, 21:58, 25:33 N. Abdullayev,  08:32, 15:36, 29:58, Ş. Abdinov, 10:12, V. Nəsirov, 12:08, 12:59, E. Bayramov, 12:28, 21:25, Ə. Alışanov, 18:33, 20:41, 22:32, 27:52.
Hakimlər: Azad Hüseynov, Elman Musayev, Anar Fərəcov.
Olimpik Star. Saat 20:00

Abşeron - Təbriz 3:8
Qollar: F. Şabanzadə, 08:54, B. Quliyev, 21:45, E. Kazımov, 23:56 // Ə. Hüseynov, 07:33, C. Cəfərov, 11:52, 12:14, 26:04,  Ülvi Əliyev, 14:09, 14:50, N. Məmmədli, 17:03, 27:32.
Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Kənan Məlikov.
Olimpik Star. Saat 21:00.

Yasamal MFK Baku “B” – Hövsan 0:6
Qollar: N. Əzizov, 01:06, 28:17, İ. Babayev, 07:38, Muxtar Həsənov, 17:37, 19:27, V. Kərimov, 24:49.
Hakimlər: Mehman Mahmudov, Kənan Məlikov, Azər Əsgərov.
Olimpik Star. Saat 22:00.