Bizim futbol

“Neftçi” hazırlığın ilk mərhələsini başa vurdu

“Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsini başa vurub. 

Dsport.az xəbər verir ki, bunadək gündə iki dəfə məşqə çıxan komanda bu gün öz bazasında ikitərəfli oyun keçirib. 

"Ağ-qaralar” sabah səhər saatlarında təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, yanvarın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Neftçi” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.