Bizim futbol

Almeyda rəsmən “Qarabağ”da!

“Qarabağ” Azərbaycan millisinin və Qazaxıstanın “Astana” klubunun futbolçusu Riçard Almeydanı heyətinə cəlb edib.

Dsport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “köhlən atlar” sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazıblar.

Müqavilənin detalları haqda rəsmi xəbərin yaxın vaxtlarda verilməsi gözlənilir.

Almeyda 2017/18 mövsümünün sonunda “Qarabağ”dan ayrılaraq, “Astana”ya keçib.