Bizim futbol

“Qəbələ” Divizion klubuna qalib gəldi

Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Dsport.az xəbər verir ki, “qırmızı-qaralar” Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. 

Biləcəridə keçirilən oyun "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yoxlama oyunu
12 yanvar

Qəbələ - Qaradağ Lökbatan 2:0
Qol: Rauf Əliyev, 20. Sabien Lilay, 62.