Bizim futbol

Almeyda “Qarabağ”a qoşuldu - FOTO

Futbol üzrə Azərbaycan millisinin üzvü Riçard Almeyda gözlənildiyi kimi, "Qarabağ"ın düşərgəsinə gedib.

Futbolinfo.az xəbər verir ki, milliləşmiş braziliyalı yarımmüdafiəçi Antalyada təlim-məşq toplanışında olan “köhlən atlar”a qoşulub. Bu barədə klubun baş meneceri Asif Əsgərov məlumat verib. O, sosial şəbəkə hesabında Almeyda ilə fotosunu paylaşıb.

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın “Qarabağ”a 1 illik icarə əsasında keçəcəyi gözlənilir. Onunla sabah rəsmən müqavilə bağlanacağı deyilir.

Almeyda 2017/18 mövsümünün sonunda “Qarabağ”dan ayrılaraq, “Astana”ya keçib.