Bizim futbol

Gerye: “Bu məsələ bağlanıb”

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye Ağdam klubundakı gələcəyi ilə bağlı danışıb.

Dsport.az xəbər verir ki, Gerye ölkəsinin mətbuatına verdiyi açıqlamada, komandadan ayrılmayacağını bildirib:

"Artıq bu məsələ bağlanıb. "Qarabağ" klubu məni buraxmağı, ya da satmağı planlaşdırmır. Müqavilə müddətinin sonuna kimi “Qarabağ”da qalacam".

Geryenin "Qarabağ"la müqaviləsi bu ilin yayında bitir.

Bir müddət əvvəl çıxan xəbərlərdə, Gerye ilə İngiltərənin “Lester Siti” və “Brayton” klublarının maraqlandığı iddia olunurdu.