Bizim futbol

“Sabah” Türkiyə klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama oyununu keçirib.

Dsport.az xəbər verir ki, paytaxt klubu Türkiyənin birinci liqasında çıxış edən “Əskişəhərspor”la qarşılaşıb. 

Bakı vaxtı ilə saat 16:30-da başlayan oyun paytaxt təmsilçisinin qələbəsiylə başa çatıb. Elşad Əhmədovun komandası gənc hücumçu Emil Qasımovun vurduğu yeganə qolla üstün olub.

“Sabah” növbəti yoxlama matçını yanvarın 16-da Qazaxıstan “Tobol”una qarşı keçirəcək.

Yoxlama oyunu
12 yanvar

Sabah - Əskişəhərspor 1:0
Qol: 
Emil Qasımov, 68.