Bizim futbol

“Sumqayıt”dan yoxlama matçında darmadağın

Premyer Liqanın 3-cü dövrəsinə hazırlığını davam etdirən “Sumqayıt” bu gün yoxlama görüşü keçirib.

Dsport.az xəbər verir ki, sözügedən komanda "Dalğa Arena"nın köməkçi meydançasında 1-ci divizion təmsilçisi "Şüvəlan"la qarşılaşıb. 

Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb. 

“Sumqayıt”ın qollarını 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə rəqib qapısından keçirib.