Bizim futbol

U-21-in baş məşqçisi məlum oldu - RƏSMİ

Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi məlum olub.

Dsport.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Milan Obradoviçə həvalə olunub.

Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Serbiyalı mütəxəssislə müqavilənin detalları haqda əlavə məlumat verilməyib.