Bizim futbol

“Qarabağ”ın Antalyada 5-ci günü - VİDEO

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 

Dsport.az xəbər verir ki, komanda hazırlığın beşinci gününü tək məşqlə başa vurub. Yerli vaxtla 17:30-da başlayan məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib və "kvadrat"la məşqi vurub.