Bizim futbol

Qurban Qurbanov: “Bu, bizim üçün böyük problemdi” - VİDEO

“Qarabağ” Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Dsport.az xəbər verir ki, "Haber Global" telekanalının əməkdaşları Antalyada hazırlıq keçən “köhlən atlar”ın düşərgəsinə baş çəkiblər. Onlar komandanın baş məqşçisi Qurban Qurbanovdan müsahibə alıblar:

- Uzun illərdir bu komandanı çalışdırırsız. Ardıcıl 5 il çempion olmusuz. "Qarabağ"la qarşıdakı məqsədiniz nədir?
- Əvvəlcə komandamla maraqlandığınız üçün sizə təşəkkür edirəm. Bildiyimə görə, üç aydır fəaliyyətə başlamısız, sizə uğur arzulayıram. Özümüzə gəlincə, düzdür, ardıcıl 5 dəfə çempion olduq. Bu bizim üçün asan olmadı. Avropa arenalarında "Qarabağ"ı daha yaxşı tanıdılar. Bu da məsuliyyətimizi artırdı. Çalışacağıq ki, daha güclü komanda yaradaq və qarşıdakı illərdə uğurlarımız daha çox olsun.

- Təkcə Azərbaycanda yox, Avropada da müntəzəm çıxış edən bir komandanı çalışdırırsız və uğurlu davam edirsiz. Şəxsi karyeranızla bağlı hədəfiniz nədir?
- Konkret bir məqsədim yoxdur. Ancaq əlbəttə, hər il daha çox çalışmaq, uğurlu nəticə əldə etmək istəyirəm. Hansı komandada çalışıramsa, o komanda üçün bacardığımdan da artığını etmək istəyirəm.

- Türkiyə ilə Azərbaycan arasında futbolçu transferi çox olmur. Sizcə, bunun səbəbi nədir?
- Bu, bizim üçün böyük bir problemdir. Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə də legioner həyatı yaşayan futbolçularımız yox dərəcəsindədir. Amma çox istərdim ki, futbolçularımız Türkiyə Super Liqasında oynasınlar. Çünki Super Liqa bizim çempionatdan daha üstündür. Məncə, zamana ehtiyac var.

- Türkiyə Super Liqasını izləyirsiz?
- Çox oyuna baxıram. Türkiyə millisinə azarkeşlik edirik. Demək olar ki, bütün oyunlarına baxıram. Klublardan "Beşiktaş"a azarkeşlik edirəm. Lakin avrokubok oyunlarında hər birinə bizim öz komandamız kimi azarkeşlik edirik.