Bizim futbol

Azərbaycan yığması üçün beynəlxalq turnir

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək.

Dsport.az xəbər verir ki, U-17 Ukraynada bu ölkənin əfsanəvi qapıçısı Viktor Bannikovun xatirəsinə həsr olunan ənənəvi yarışda mübarizə aparacaq. Bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, turnir 25-30 avqust tarixləri arasında keçiriləcək. Yarışda Azərbaycan və Ukrayna ilə yanaşı, Latviya, Çexiya, Belarus, Türkiyə, Slovakiya və İsrail yığmaları da mübarizə aparacaq.