Bizim futbol

“Qarabağ”da 4 illik müqavilə

Bu mövsümün əvvəlində “Qəbələ”dən 1 illik icarə əsasında “Qarabağ”a keçən Hacıağa Hacılı birdəfəlik Ağdam klubuna transfer olunub. 

Dsport.az xəbər verir ki, “Qarabağ”ın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Ağdam təmsilçisi "Qəbələ"ylə danışıqlar apararaq perspektivli gənc yarımmüdafiəçini tam hüquqlarıyla transfer edib. Hacıağa Hacılıyla bağlanan yeni müqavilənin müddəti isə 4 ildi.