Bizim futbol

“Səbail”də yeni futbolçu - RƏSMİ

“Səbail” qış transfer pəncərəsi dövründə ilk transferini reallaşdırıb.

Dsport.az xəbər verir ki, Elvin Yunuszadə ilə 1,5 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2018-ci ilin oktyabrında "Sabah"a keçən Elvin qış fasiləsində komandayla yollarını ayırıb.