Bizim futbol

Aqil Məmmədov rəsmən “Neftçi”də

"Neftçi” daha bir transferi rəsmiləşdirib.

Dsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb. 29 yaşlı qolkiper 30 nömrəli formanı geyinəcək.

Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Məmmədov, 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycanın əsas millisi və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

"Neftçi" bundan əvvəl mərkəz yarımmüdafiəçiləri - qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlayıb.