Bizim futbol

“Qəbələ”də ayrılıq - RƏSMİ

“Qəbələ” futbolçusu Aqil Məmmədovla yollarını ayırıb.

Dsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2017-ci ilin yayından “Qəbələ”də forma geyinən Məmmədov indiyədək 9 matçda meydana çıxıb. Azərbaycan Premyer Liqasında 7 oyun keçirən qapıçı ötən mövsümün gümüş mükafatçısıdır. O, 2 kubok matçında da “Qəbələ”nin formasını geyinib.