Bizim futbol

Hakimlər Mingəçevirdə toplanış keçəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının hakimlərinin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib. 

Dsport.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb.

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlama verən qurum rəsmisi bildirib ki, qış hazırlığı ölkə daxilində gerçəkləşəcək. Ədalət təmsilçiləri mövsümün ikinci yarısına Mingəçevirdə hazırlaşacaq. Toplanış prosesi Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin rəhbərliyi altında keçiriləcək. Mingəçevirin seçilməsi də məhz avstriyalının istəyi ilə gerçəkləşib.

Qeyd edək ki, ədalət təmsilçiləri son illər adətən ölkə xaricində təlim-məşq toplanışı keçirirdi.