Bizim futbol

Qurbanov: “Üzərimdən böyük yük qalxdı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komanda ilə yollarını ayırmasını şərh edib.

Dsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis AFFA ilə uzun müddətli əməkdaşlıq haqda danışıqları olmasına rəğmən, həm klub, həm də millidə çalışmasının alınmadığını bəyan edib.

Qurbanov bildirib ki, kollektiv oyunda mütləq kök möhkəm olmalıdı: "Biz sıfırdan başlamalıyıq. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam”.

Qurbanov əvəzləyicisinin kim olacağına İcraiyyə Komitəsinin qərar verəcəyini söyləyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindi. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Düşünmədən səhvə yol verə bilərik. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Növbəti baş məşqçinin əcnəbi və ya yerli olacağına dair bir söz deyə bilmərəm. Özləri qərar verəcəklər".