Bizim futbol

İcraiyyə Komitəsinin iclası yarım saat gec başladı

AFFA İcraiyyə Komitəsinin 2018-ci ildə son iclası işə başlayıb.

Dsport.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında təşkil olunan toplantıya komitənin 11 üzvünün həmısı qatılıb. Amma iclas yarım saat gec başlayıb. Buna xarici işlər naziri Elmar Məmmədyarovun tədbirə gecikməsi səbəb olub.

İclasın gündəliyinə 5 məsələ daxil edilib:
 
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi
3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi
4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi
5. Digər məsələlər