Bizim futbol

Litva çempionu rəsmən “Neftçi”də

“Neftçi” PFK qısa zaman kəsiyində daha bir transferi həyata keçirib. 

Dsport.az xəbər verir ki, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi yeni komandasının heyətində 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Jalgiris” (Litva, 2016-2018) olan Mbodj "Dakar Sakre Kour” (Seneqal, 2011-2014), "Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. "Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Superkubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlamışdı.