Bizim futbol

Qurbanovla Bordin dünya reytinqində irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Dsport.az xəbər verir ki, “World coach ranking” saytında yer alan siyahıda Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə yer alıb. Qurbanov ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədədi. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Reytinq siyahısına “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15160 xal. Madrid “Atletiko”sunu çalışdıran Dieqo Simeone ikinci (13427), “Yuventus”lu Massimiliano Alleqri isə 12791 xalla üçüncüdü.