Bizim futbol

UEFA-dan “Qarabağ”a 981 min avro

UEFA-dan Çempionlar Liqasının iştirakçısı olduğu üçün “Qarabağ”ın hesabına pul köçürülüb.

Dsport.az xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 2017/2018-ci il mövsümü üçün “Qarabağ” klubuna UEFA Çempionlar Liqası iştirakçısı kimi ayrılan 981 000.00 avro vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb. Məlumatı AFFA yayıb.

“Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.