Bizim futbol

“Qarabağ”ın 7 futbolçusu rəmzi komandada

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun rəmzi komandası açıqlanıb.

Dsport.az PFL-ə istinadən xəbər verir ki, son turda “Keşlə”ni 5:1 hesabıyla məğlub edən “Qarabağ”dan 7 futbolçu rəmzi komandada yer alıb:

Qapıçı: Səlahət Ağayev ("Neftçi") - 7

Müdafiəçilər: Bədavi Hüseynov - 3, Ansi Aqolli - 2 (hər ikisi "Qarabağ"), İlkin Qırtımov - 3, Miloş Radivoyeviç, 2 (hər ikisi "Zirə")

Yarımmüdafiəçilər: Abdullah Zubir - 3, Filip Ozobiç - 4, Qara Qarayev, Dani Kintana (hamısı "Qarabağ")

Hücumçular: Marko Deviç ("Sabah") - 5, Mahir Mədətov ("Qarabağ") - 3

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.