Bizim futbol

Azərbaycan Çexiya, Norveç və San Marinoya rəqib oldu

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.

Dsport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq. Qalib komandalar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.