Bizim futbol

“Sumqayıt”ın məşqçiləri Türkiyə klubunun düşərgəsində

“Sumqayıt” Futbol Akademiyasının məşqçiləri təcrübə keçmək məqsədi ilə dekabrın 7-də Türkiyəyə yola düşəcək.

Dsport.az xəbər verir ki, məşqçiləri 7, 8, 9, 10 dekabr tarixlərində qonşu ölkənin əsas futbol akademiyalarından hesab olunan İzmirin “Altınordu” klubunun düşərgəsində olacaq. Səfərin təşkilində əsas məqsəd məşqçilərin təcrübə toplaması, adıçəkilən akademiyanın ümumi iş sistemi ilə tanışılıq, aşağı yaş komandalarındakı struktur, nəzəri və taktiki biliklərin artırılmasından ibarət olacaq. 

“Sumqayıt”ın məşqçiləri Türkiyədə olduğu müddətdə "Altınordu" klubunun akademiya direktoru ilə görüşəcək, aşağı yaş qruplarının məşqlərini və oyunlarını izləyəcək.