Bizim futbol

Anton Krivotsyuk: “Heç vaxt bu qədər çox qol vurmamışdım”

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına müsahibə verib.

Dsport.az xəbər verir ki, “Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc futbolçu yeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib:

- "Sumqayıt”la oyuna hazırlıq necə keçir?
- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

- Artıq qış çempionusuz...
- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidi ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiz...
- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)

- Hiss edirsiz ki, oyununuzu daha da yaxşılaşdırmısız?
- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdı.

- Növbəti rəqib "Sumqayıt” haqda nə deyə bilərsiz?
- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

- Yeni ili harada keçirmək istəyirsiz?
- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdi ki, yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.