Bizim futbol

“Neftçi” yenə uduzdu

Bu gün futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, tura “Yasamal”ların dueli ilə start verilib. Oyunun əvvəlində autsayder daha təhlükəli epizodlar yaratsa da, sonradan 2 futzalçının qrımızı vərəqə alması sözünü deyib. “Yasamal” FK böyükhesablı qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini də bir pillə yaxşılaşdırıb.

Turun mərkəzi oyunu kifayət qədər gərgin keçib. Fasiləyə qədər rəqib qapısından 2 cavabsız top keçirən “Araz” ikinci hissədə “Neftçi”nin fərqi minimuma endirməsinə mane ola bilməyib. Beləliklə cari mövsümdə ikinci duelidə də qələbə qazanan “Araz” “Neftçi”nin potensial liderlik şansını əlindən almaqla bərabər, zirvədəki mövqeyini bir qədər möhkəmləndirib. 

Turun son oyunu da məhsuldar alınıb. Birinci hissədə 5 cavabsız top vuran EKOL ikinci hissədə daha artığını edib. Xüsusilə də təcrübəli Namiq Məmmədkərimov qolları sıralamaqla bombardirlərin yarışında iddialı olduğunu ortaya qoyub.

Yüksək Liqa
12-ci tur
5 dekabr

Yasamal FK – Yasamal İSK 18:4
Qollar: S. Jamali, 10:18, S. Şahnasi, 13:22, 29:18, Saeid Əmini, 13:55, V. Vorobyov, 16:04, M. Cahandost, 16:23, 21:46, 22:22, 22:59, 24:13, 34:47, 37:05, S. Cavid, 18:51, 25:42, 31:01, 33:07, 36:19, T. Lətifov, 33:34 - N. Mahmudov, 18:27, M. Eyniyev, 37:08, 39:50, A. İsayev, 37:52.
Qırmızı vərəqə: C. Nağıyev, 10:18, A. Əlimirzəyev, 14:10 (ikinci sarı).
Hakimlər: Anar Fərəcov, Elman Musayev, Yusif Hüseynov
Bakı İdman Sarayı. Saat 12:30.

Araz – Neftçi İK 2:1
Qollar: E. İbramxəlilov, 14:30, N. İsmayılov, 15:31 // O. Baxşəlizadə, 32:05.
Hakimlər: Azər Əsgərov, Hikmət Qafarlı, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 14:30.

EKOL - Liman 20:0
Qollar: S. Həmzəyev, 03:13, 10:36, Z. Fərziyev, 11:41, Ə. Abasov, 14:35, F. Əliyev, 15:32, 20:40, 22:35, 28:30, R. Əhmədov, 21:53, S. Məstiyev, 23:31, N. Məmmədkərimov, 23:43, 31:47, 32:08, 33:46, 34:12, 35:36, 36:15, 37:06, 39:40, F. Atakişiyev, 31:03.
Hakimlər: Elçin Səmədli, Rahin Heybətov, Elman Musayev.
Bakı İdman Sarayı. Saat 16:30.